Ukrayna tərəfindən Rusiyanın paytaxtı Moskvaya kütləvi PUA hücum olub.
Moskva regionunun səmasında 30-dan çox pilotsuz uçuş aparatı vurulub.
Bu, ən çox Moskva vilayətinin Ramenskoe, Kolomna və Domodedovo şəhərləri üzərində qeydə alınıb.
Bununla əlaqədar Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarına təyyarələrin qəbulu və buraxılmasına qısa müddətlik məhdudiyyət qoyulub və daha sonra aradan götürülüb.