“Rusiya Silahlı Qüvvələri aviasiya qrupunun əsas səylərini şərqi əməliyyat zonasına – Slobozhansky, Donetsk istiqamətlərində və “Azovstal” zavodu ərazisinə yönəldib. Bütün təmas xətti boyunca artilleriya hücumu davam edir”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin ölkədəki durumla bağlı gündəlik operativ məlumatında bildirilib.

“Onların Ukraynanın bütün ərazisində mülki və hərbi infrastruktura raket zərbələri endirmələri mümkündür. Həmçinin qarşı tərəfin Ukraynanının kimya zavodlarında təxribat törətmək ehtimalı istisna deyil. Volın və Polissya istiqamətlərində düşmən fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin bəzi bölmələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir. Şimal istiqamətində isə düşmən Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin etməkdə davam edir. Rusiya ordusu hava kəşfiyyatını davam etdirir. İzyum istiqmətində qarşı tərəfin maddi-texniki, o cümlədən silah-sursat təchizatı artırılır”, – nazirlikdən qeyd olunub.

İstinadlar Report