“Meşə yanğınlarının söndürülməsinə yardım məqsədi ilə Ukrayna Türkiyəyə təyyarə göndərəcək”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bildirib.

“Dostum, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yanğının miqyası ilə bağlı səmimi başsağlığımı bildirdim. Ukrayna Türkiyəyə bütün vacib yardımları etməyə hazırdır. İyulun 30-da bizim yanğınsöndürən təyyarəmiz Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin günündə dost türk xalqı ilə bir yerdədir”, – V.Zelenski tviter səhifəsində yazıb.

İstinadlar Report