Ukrayna Mariupolun müdafiəçilərini xilas etmək üçün əməliyyata başlayıb.

Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, “Azovstal”ın yaralı əsgərləri işğal altındakı Novoazovskdakı xəstəxanaya təxliyə edilib.

“Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti birlikdə “Azovstal” zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlayıb. Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün Azovstaldan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib”, – o deyib.

İstinadlar Report