Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri Aleksandr Tupitski barəsində beynəlxalq axtarış elan olunub.

Ukraynanın paytaxtı Kiyev şəhəri Podolsk Rayon Məhkəməsi mayın 27-də keçirilən iclasında bu barədə qərar qəbul edib.

Məlumata görə, Tupetskinin vəkilləri Konstantin Doroşenko və Aleksandr Teleşertski iclasa gəlməyərək tədbirin təxirə salınması barədə vəsatət qaldırıblar. Bildirilib ki, bundan sonra məhkəmə keçmiş sədrin qiyabi həbsi haqqında qərar qəbul etməlidir. Tupitski hazırda Avstriyada yaşayır. O, Ukrayna ərazisini qanunsuz tərk edib. 2022-ci ilin aprelində dövlət sərhədinin qanunsuz keçdiyi üçün ona qarşı Dövlət İstintaq Bürosu araşdırmaya başlayıb. Müstəntiqlər hesab edirlər ki, o, sərhədi gömrük nəzarətindən keçmədən və sənədləri yoxlanılmadan keçib.

İstinadlar Report