Ukraynanın “5 kanal” telekanalında Xocalı soyqırımı ilə bağlı xüsusi reportaj yayımlanıb.

Reportajda 1992-ci ildə Xocalı şəhərinin blokadaya alındığı və sonra oraya hücumun edildiyi bildirilib.

Ukraynalı jurnalist faciə zamanı ermənilərin insanlıq və bəşəriyyət əleyhinə törətdikləri müharibə cinayətləri barədə Xocalı soyqırımı şahidlərinin fikirlərini öyrənib. Reportajda bildirilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.

Ukraynalı jurnalist vurğulayıb ki, Azərbaycan 44 günlük müharibədən sonra torpaqlarını işğaldan azad edib.

Reportajda Ağdam şəhəri, ermənilərin şəhəri necə viran qoyması ilə bağlı görüntülər də yer alıb.

İstinadlar Report