Ukrayna tezliklə Beynəlxalq Valyuta Fondundan (IMF) 15,6 milyard dollarlıq kreditin bir hissəsi kimi 900 milyon dollar tranş ala bilər.

Bu barədə “Bloomberg” yazıb.

Vəsaitlərin köçürülməsi Rusiyanın Ukraynada əməliyyatına başlamasının ikinci ildönümünə təsadüf etməsi planlaşdırılır.

IMF Ukraynanın ABŞ və Avropa İttifaqından sonra üçüncü ən böyük sponsorudur və 2024-cü ildə ABŞ Konqresi vəd etdiyi 60 milyard dollarlıq tranşı təsdiqləməsə, ikinci yeri tuta bilər.

Ümumilikdə, Ukrayna 2024-cü ildə IMD-dən 5,4 milyard dollar alacaq.

İstinadlar Report