“Ukrayna ilə Türkiyə arasında münasibətlər görünməmiş səviyyəyə qalxıb”.Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya ölkənin daxili və xarici vəziyyəti barədə məktubunda bildirib.

Ukrayna lideri Kiyevin ordunun döyüş gücünün möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə diqqət çəkib.

Onun sözlərinə görə, Ukrayna və Türkiyə birgə mühərriklər, “Korvet” sinifli gəmi, pilotsuz təyyarələr və HHM sistemləri istehsal edə bilərlər.

“Beynəlxalq koalisiya Ukraynanı dəstəkləməkdə davam edir, özü də bu, yeni səviyyəyə çıxır”, – dünya arenasında bir çox ölkələrlə münasibətlərin dərinləşdiyini qeyd edən Prezident deyib.

Qeyd edək ki, ötən il Ukrayna Türkiyədən altı ədəd “Bayraktar TB2” PUA və üç yerüstü nəzarət stansiyası alıb.

İstinadlar Qafqazinfo