“Ukrayna rəhbərliyi ilə ölkənin Avropa İttifaqına üzv olması ilə bağlı danışıqlar təqribən yaya qədər təxirə salınıb”.

Bu barədə məlumatı Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Brüsseldə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa parlamentinə keçiriləcək seçkilərə qədər danışıqlar üçün lazımi bazanın yaradılması gözlənilmir: “Bu, bir qədər vaxt tələb edəcək. Ola bilsin, Avropa İttifaqı yayın əvvəlinə qədər hazır olsun”.

Leyen xatırladıb ki, yeni ölkənin ittifaqa qoşulmasını Aİ-yə daxil olan bütün 27 üzv ölkə təsdiq etməlidir. 

Xatırladaq ki, Avropa parlamentinə seçkilər iyunun 6-dan 9-na qədər baş tutacaq. Onu da qeyd edək ki, Aİ ölkələri ötən il dekabrın 14-ü Ukrayna və Moldovanın ittifaqa üzv olması ilə bağlı rəsmi danışıqlara başlayıb.

İstinadlar Qafqazinfo