Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı iyunun 13-də NATO-nun müdafiə nazirləri təminat planını təsdiq edəcəklər.

Stoltenberq bildirib ki, alyans təchizatı koordinasiya edəcək.

İstinadlar Report