“Biz Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri sənədləşdiririk. Artıq müxtəlif faktlar, o cümlədən cinsi zorakılıqla bağlı 20 minə yaxın cinayət işi açılıb”.

Bunu Zaporojyeyə səfəri zamanı Ukrayna daxili işlər nazirinin müavini Katerina Pavliçenko deyib.

“Bu gün hüquq-mühafizə orqanları Rusiyanın Ukrayna ərazisində törətdiyi bütün cinayətlərin sənədləşdirilməsi üzərində iş aparır. Artıq ölkə ərazisində 20 minə yaxın cinayət işi açılıb. Söhbət mülki şəxslərə və infrastruktura qarşı cinayətlərdən gedir. Zaporejye vilayətində isə 3000-dən çox belə cinayət halı qeydə alınıb”, – o bildirib.

K.Pavliçenko söyləyib ki, müharibə cinayətlərinin araşdırılması üçün Ukraynanın hüquq-mühafizə orqanları səfərbər olunub.

İstinadlar Report