“Rusiya həm Qərb, həm də öz elitası üçün bütün mümkün yolları bağlayır”.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Kremençuqdakı ticarət mərkəzini hədəf almaları təkcə NATO sammitinin başlanması ilə bağlı deyil: “Bu həm də dünən baş tutan G7 görüşü ilə əlaqəli ola bilər. Eyni zamanda Rusiya elitasına xəbərdarlıqdır. Son bir ayda ölkəmiz daha intensiv atəşə tutulur. Əgər əvvəllər bir dəfəyə 5-6 raket atırdılarsa, yalnız iyunun 25-də qarşı tərəf 50-dən çox raket atıb. Onlar müxtəlif nöqtələrdən atılır. Bu bizim hava hücumundan müdafiə qüvvələrimizin işini xeyli çətinləşdirir. Əgər mülki obyektlərdən danışırıqsa, onda son günlər Rusiya Kiyevdə uşaq bağçasını və Kremençuqda ticarət mərkəzini atəşə tutub”..

İstinadlar Report