Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır.

Bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Viktor Andrusiv Ümumkrayna telemarafonunun efirində deyib.

Andrusiv qeyd edib ki, birinci mərhələ Ukraynanı “bir neçə günə ələ keçirmək cəhdi”, ikincisi – Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınması idi.

“Bir mühasirə çox böyük planlaşdırılırdı, onu birbaşa Pavloqraddan kəsmək istəyirdilər, ikinci mühasirə Kramatorsk və Slavyansk ilə birlikdə planlaşdırıldı, indi isə son dərəcə kiçik bir mühasirə ilə qaldılar – əslində Severodonetsk və Lisiçansk, lakin onlar da bunu edə bilməzlər”, – Andrusiv deyib.

İstinadlar Report