Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada işğalçıların atəşi nəticəsində 9 400-dən çox dinc sakin həlak olub. Ölənlər arasında 461 uşaq var, 6 800 nəfər isə yaralanıb.

Bu barədə daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib.

9 400-dən çox dinc sakin ölüb, 6 800-ə yaxın insan yaralanıb. Təəssüf ki, onların arasında uşaqlar da var: Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 461 uşaq ölüb”, – o deyib.

İstinadlar Report