Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman rayonunun Yatsovka yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini Oleksiy Qromov sentyabrın 23-də brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri bölmələrinin hücumu nəticəsində Yatsovka yaşayış məntəqəsi üzərində nəzarət bərpa edilib: “Bu kənd Xarkov vilayəti istiqamətindən Oskol çayının o biri tayında yerləşir”.

O.Qromov bildirib ki, Ukraynanın şərqində vəziyyət ağır olsa da, hələ ki nəzarətolunandır.

İstinadlar Report