
Rusiya Silahlı Qüvvələrinin Kaxovska su elektrik stansiyasının (SES) bəndini partlatması nəticəsində 150 tondan çox mühərrik yağı Dnepr çayına axıb.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) iclasının yekunlarına dair Prezident Ofisinin məlumatında deyilir.
Bildirilir ki, hazırda 300 tondan artıq neftin sızma riski mövcuddur.
İclasda həmçinin tədbirlər kompleksi razılaşdırılıb. Bu tədbirlərə BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılması təşəbbüsünün irəli sürülməsi, eləcə də təbiətin mühafizəsi üzrə beynəlxalq təşkilatlara və Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməsi daxildir.