Almaniya Ukraynaya 1 milyard avro dəyərində qrant yardımı təqdim edəcək. Bu vəsait Beynəlxalq Valyuta Fondunun (BVF) inzibati hesab mexanizmi vasitəsilə yönəldiləcək.

Hökumətlər arasında sazişi Ukraynanın maliyyə naziri Sergey Marçenko və Almaniyanın maliyyə naziri Kristian Lindner imzalayıblar.

Vəsaitin yaxın zamanda təqdim ediləcəyi gözlənilir.

İstinadlar Report