“Rusiyanın Qara və Azov dənizində 4 “Kalibr” dəniz qanadlı raket daşıyıcısı var. Bunlar Ukrayna ərazisindəki obyektlərə raket zərbələri endirmək üçündür”.

Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.

“Volın və Polissya bölgələrində Belarus Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı vəziyyət ciddi dəyişməyib. Bu ölkənin ərazisindən raket silahlarından istifadə təhlükəsi qalmaqdadır Xarkov istiqamətində düşmən əsas səylərini əvvəllər işğal etdiyi mövqelərin saxlanmasına yönəldir. O, Xarkov şəhəri və Vyaliv su anbarı ərazilərində infrastruktur elementlərini artilleriya atəşinə tutub. Donetsk istiqamətində isə düşmənin əsas səyləri işğal olunmuş sərhədlərin qorunub saxlanılmasına və qoşunların yenidən qruplaşdırılmasına yönəlib. Rusiya ordusu əsas səylərin cəmləşdirilməsi istiqamətində qrupun hərəkətlərini asanlaşdırmaq üçün bir sıra istiqamətlərdə məhdudlaşdırıcı tədbirlər həyata keçirir”, – məlumatda vurğulanıb.

İstinadlar Report