
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Xerson vilayətinin Nova Kaxovka şəhərindən çıxdığını bildirib.
Bu barədə Baş Qərargahın günün digər hərbi hadisələri ilə birlikdə axşam xülasəsində deyilib.
“22 mart 2023-cü il tarixindən etibarən işğalçı ordusunun Xerson vilayətinin Novaya Kaxovka yaşayış məntəqəsində yerləşən bütün bölmələri şəhəri tərk edib”, – Baş Qərargah vurğulayıb.
Bildirilib ki, şəhəri tərk edən hərbçilər çəkilərkən yerli sakinlərdən “böyük sayda məişət və elektron texnikanı, zinət əşyalarını, geyim elementləri və mobil telefon” götürüb.