“Rusiya Silahlı Qüvvələri Severski istiqamətində atəşə davam etdirir. Xarkov istiqamətində qarşı tərəfin əsas səyləri Ukrayna ordusunun dövlət sərhədinə qədər irəliləməsinin qarşısının alınmasına yönəlib”.

Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

“Düşmən Yavirske qəsəbəsi yaxınlığında havadan zərbə endirib. Həmçinin Xarkov, Ruska Lozova, Starıy Saltiv, Peremoha, Çepil və Milova yaşayış məntəqələri yaxınlığındakı infrastruktur obyektləri artilleriya atəşinə məruz qalıb. Rusiya ordusu Kramatorsk istiqamətində aktiv hərəkətə keçməyib. Düşmən Baxmut-Lısıçansk magistralına nəzarəti ələ keçirmək ümidini itirmir. Baxmut istiqamətində Rusiya ordusu Kostiantynivka, Bilohorivka, Vyimka, Pokrovski, Baxmut və Soledar rayonlarını artilleriyadan atəşə tutdular. Avdiivka, Kuraxiv, Novopavliv və Zaporojjya rayonlarında qarşı tərəf fəal hərəkətə keçməyib”, – məlumatda bildirilib.

Məlumata görə, Ukrayna əsgərləri Yeqorivka – Pavlivka istiqamətində hücumu dəf ediblər:

İstinadlar Report