“Ukraynanın Azərbaycana da fayda verə biləcəyimiz bir sıra sahələri var”.

Bunu Azərbaycanda işgüzar səfərdə olan Ukrayna baş nazirinin müavini – müvəqqəti işğal edilmiş ərazilərin yenidən inteqrasiyası naziri Oleksi Reznikov Ağdamda jurnalistlərə bildirib.

“Bildiyiniz kimi Ukrayna ən böyük taxıl istehsalçılarındandır və bu da Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün faydalı ola bilər. Həmçinin mühüm istehsalçısı olduğumuz metal da bu məsələdə kara gələ bilər. Nəhayət, Ukraynada əczaçılıq sənayesi də yüksək səviyyədə inkişaf edib ki, bu sahədə də təcrübəmizi azərbaycanlı dostlarımızla bölüşməyə hazırıq. Azərbaycanın insulin istehsalı ilə bağlı bəzi variantları araşdırdığını bilir və bu məsələdə də təcrübəmizi bölüşməyə hazırıq”, – O.Reznikov qeyd edib.

İstinadlar Report