Ukrayna Silahlı Qüvvələrinin arsenalına uçuş məsafəsi 3 min km-dən çox olan hücum pilotsuz uçuş aparatları daxil edilə bilər.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksiy Danilov bildirib.

“Matias Rust adına “Ukrayna sürüsü” – onlarla model, minlərlə pilotsuz uçuş aparatı. 3 000 km-dən çox uçuş məsafəsi olan hücum PUA-ları Ukrayna Silahlı Qüvvələrinin arsenalında”, – A.Danilov tviterdə yazıb.

MTMŞ katibi posta alman pilot Matias Rustun Moskvadakı Qırmızı meydan fonundakı təyyarəsinin fotosunu əlavə edib və “1987-ci il, Qırmızı meydan, Moskva, təyyarə, Rust” yazıb.

İstinadlar Report