
“Ukrayna Almaniyanın “Rheinmetall” konserni ilə müasir “Panther” tanklarının tədarükü ilə bağlı danışıqlar aparır”.
Bunu “Rheinmetall” şirkətinin baş direktoru Armin Papperqer “Handelsblatt” nəşrinə müsahibəsində deyib.
“Biz Kiyevlə “Panther” tanklarının ixracı ilə bağlı danışıqlar aparırıq”, – o bildirib.
A.Papperqer əlavə edib ki, Ukrayna yeni “Lynx” piyada döyüş maşınları ilə də maraqlanır.