Ukrayna Almaniyadan 150 milyon avro kredit alacaq.

Ukrayna Nazirlər Kabineti bu gün keçirilən iclasında Almaniyanın “KfW” dövlət inkişaf bankından 150 milyon avroya qədər güzəştli kreditin alınması haqqında qərar qəbul edib.

Kredit ilk ödənişin əməliyyat edildiyi gündən 5 il müddətinə təxirə salınması nəzərə alınmaqla 15 il müddətinə verilir.

Almaniya tərəfindən ümumlikdə bu cür dəstəyin ümumi məbləği 300 milyon avroya çatacaq.

Baş nazir Denis Şmiqalın sözlərinə görə, bu il fevralın 24-dən Ukraynanın beynəlxalq tərəfdaşlarının maliyyə dəstəyi 5 milyard dollardan çox olub.

İstinadlar Report