Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının sədri Oleksandr Kornienko Ali Radanın (parlament) yeni I vitse spikeri seçilib.

Təyinat Radanın bu gün keçirilən plenar iclasında keçirilən səsvermədə baş tutub. Oleksandr Kornienkonun namizədliyinin lehinə 256 deputat səs verib.

Çıxışında Kornienko Radada islahat aparmağın vacibliyini vurğulayıb: “Biz özümüzü islah etməliyik. Qanunların tez bir zamanda qəbul edilməsini təmin etməliyik. İnsanlar bizdən sürətli qərarlar gözləyir”, – deyə o qeyd edib. O bildirib ki, ilk növbədə həm qanun layihələrinin qəbul edilməsi, həm də səsvermənin aparılması qaydalarını və prosedurunu islah etmək lazımdır.

İstinadlar Report