Silahlı Qüvvələrin yaradılmasında köhnə sovet standartlarından, yanaşmalarından, göstərişlərindən uzaqlaşmaq, döyüş potensialının, suverenliyinin qorunması imkanlarının gücləndirilməsinə kömək edir. Azərbaycan bunu praktik olaraq ilk dəfə nümayiş etdirdi.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski bildirib.
“NATO standartlarına keçid, döyüş meydanındakı vəziyyətin qiymətləndirilməsinə və sair əsaslanaraq qərar verə biləcək zabitlərin daha böyük təşəbbüsündən istifadə etmək Silahlı Qüvvələrin həm taktiki, həm də əməliyyat, strateji imkanlarını əhəmiyyətli dərəcədə artırır. Ona görə də hesab edirəm ki, biz NATO standartlarına keçidi tamamilə başa vuran kimi Ukrayna, Azərbaycan Silahlı Qüvvələri kimi öz potensiallarını xeyli artırdıqlarını nümayiş etdirəcək”, – komitə sədri vurğulayıb.