Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlıq fənninin tədris olunmasını nəzərdə tutan qanun layihəsinə birinci oxunuşda qəbul edib.

Tədris proqramına “Ukraynanın müdafiəsi” adlı xüsusi fənn əlavə olunacaq.

Tədrisin ümumi orta, ilk peşə-ixtisas (peşə), peşə məktəblərində və ali təhsil müəssisələrində həyata keçirilməsi nəzərdə tutulur.

Qanun vətəndaşlarda müdafiə anlayışı ilə bağlı ilkin ümumi hərbi bilikləri və xüsusi səriştələri inkişaf etdirmək məqsədi ilə həyata keçirilən ilkin ümumi hərbi hazırlığın tətbiqini nəzərdə tutur.

Daha sonra qanun layihəsinə ikinci oxunuşda baxılacaq.

İstinadlar Report