Ukrayna ABŞ-nin xüsusi nümayəndəsi Keyt Kelloqla danışıqlarda fundamental şərtlərdə israr edir.

Bunu “RBC-Ukraine”ya Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixoylo Podolyak bildirib.

Podolyak vurğulayıb ki, Ukrayna danışıqların bütün mərhələlərində inadkar və sakit qalmalıdır. Onun sözlərinə görə, ən vacib məqamlardan biri təhlükəsizlik təminatları, xüsusən də hərbi bazaların yaradılması və hava hücumundan müdafiə sisteminin gücləndirilməsi imkanlarıdır.

Podolyak qeyd edib ki, Ukrayna silahlı qüvvələrini ixtisar etməyi deyil, əksinə, onların investisiyalarını artırmağı, təlimləri təkmilləşdirməyi və müasir silahların istehsalını artırmağı planlaşdırır.

İstinadlar Report