“Sadə rusiyalılar rəsmi Moskvanın Kremençuqa raket zərbələri endirməsini sosial şəbəkələrdə sevinclə qarşılayıblar”.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviterdə paylaşım edib.

“Kremençuqda yerləşən ticarət mərkəzinə zərbə endirilməsinə Rusiyanın münasibəti ürək ağrıdır. Sadə rusiyalılar sosial şəbəkələrdə bunu sevinclə qarşılayıblar. Rusiyalı diplomatlar və məmurlar ağılasığmaz konspiroloji nəzəriyyələr irəli sürür, raket zərbəsinin ümumiyyətlə, endirilmədiyini iddia edirlər”, – o yazıb.

İstinadlar Report