
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 18-də Parisdə İranla danışıqlardan əvvəl İsrail kəşfiyyatı “Mossad”ın rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə görüşəcək.
Bu barədə “Axios” İsraildəki mənbələrə istinadən məlumat yayıb.
Əlavə təfərrüatlar verilməyib.
Daha əvvəl İsrail Baş naziri Benyamin Netanyahunun dəftərxanası bəyan edib ki, İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək. Məlumatda qeyd olunub ki, Netanyahu “saysız-hesabsız açıq və gizli əməliyyatlara rəhbərlik edib” və bunun sayəsində İran bu günə qədər nüvə potensialına sahib deyil.