Çinin Uhan şəhərində yeni növ koronavirusa yoluxanların müalicəsi üçün 12 müvəqqəti xəstəxana açılıb.

Şəhərdəki bir sıra müəssisələr, o cümlədən gimnaziyalar və sərgi mərkəzləri xəstəxanalara çevrilib.

Əlavə sahə xəstəxanalarının açılması da planlaşdırılır. Beləliklə, tibb müəssisələrindəki çarpayıların sayı 20,4 minə qədər artacaq.

Xatırladaq ki, yeni növ koronavirus ilk olaraq ötən il dekabrın sonlarında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

İstinadlar Report