“Şuşa Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni, daha da yüksək səviyyəsini göstərən bəyannamənin imzalandığı yerə çevrilib”.

Bunu Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş Şuşada türk dövlətlərinin beyin mərkəzlərinin növbədənkənar toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Şuşada toplaşmağımız təsadüfi deyil”, – o bildirib.

U.Ulutaş vurğulayıb ki, geosiyasət beynəlxalq münasibətlərin reallığıdır: “Qarabağ münaqişəsi başa çatdıqdan sonra yeni reallığın yaranmasının şahidiyik. Üstəlik, Ukraynadakı münaqişə kontekstində geosiyasətdə dəyişikliklərin baş verdiyini görürük”.

İstinadlar Report