Bu gün Laçın rayonunda səfərdə olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə “Ağoğlan” məbədini ziyarət ediblər.

Icma nümayəndələri Pasxa bayramı ərəfəsində monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar.

Beləliklə, qədim Alban kiləsəsinin əsl varislərinin “Ağoğlan” məbədinə 180 ildən sonra üçüncü ziyarəti reallaşıb.

Qeyd edək ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər.

İstinadlar Report