Türkiyənin istehsal etdiyi ANKA pilotsuz uçuş aparatının ümumi uçuş saatı 220 minə çatıb.

Bu barədə TUSAŞ şirkəti məlumat yayıb.

Bildirilib ki, bu, dünyada operativ sistemə malik ən yaxşı uçuş aparatlarından biri seçilən PUA üçün rekord nəticədir.

2017-ci ildə istismara verilən dronun faydalı yük həcmi 200 kq təşkil edir. Havada isə 30 saata qədər qala bilir.

Qeyd edək ki, ANKA hədəflərin aşkarlanması və izlənməsi məqsədilə işlənib hazırlanıb. Bununla yanaşı, bu PUA-nın meşə yanğınları və zəlzələlər kimi təbii fəlakətlərin fəsadları ilə mübarizə aparan variantı da işlənib. O, sutkalıq rejimdə və istənilən hava şəraitində fəaliyyət göstərə bilir. ANKA-nın ilk uçuşu 2010-cu ildə reallaşıb.

İstinadlar Qafqazinfo