
Bu həftə Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçirilə bilər.
Bu barədə məlumatı jurnalistlərə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan açıqlayıb.
Onun sözlərinə görə, görüş zamanı yalnızca nəqliyyat kommunikasiylarının açılması məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 25-i Moskvada Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş zamanı bildirib ki, sözügedən görüşdən bir həftə sonra üç ölkənin Baş nazirlərinin müavinləri görüşəcək.