“Ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLIRT” qatarı artıq istismara hazırdır. Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil olunur”.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərli deyib.

O bildirib ki, ilk dəfə olaraq sürətli sərnişin qatarlarında Ucar və Ləki stansiyalarında dayanacaq verilir: “Bu o deməkdir ki, istər Ucar, istər Ağdaş və ətraf rayonların 100 minə yaxın sakini də sürətli sərnişin qatarlarından istifadə əlçatan olacaq. Bu qatarlar müasir qatarlardır, bar vaqon, həmçinin fiziki məhdudiyyətli insanlar üçün vaqon var. Velosipedlərin saxlanılması üçün yer var. İnnovativ təhlükəsizlik sisteminə malikdir”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo