İraq, İran və Suriyanın xarici işlər nazirləri Suriya məsələsinin sülh yolu ilə həllinə nail olmaq üçün regional və beynəlxalq səylərin səfərbər edilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Bu barədə nazirlər Fuad Hüseyn, Abbas Əraqçi və Bassam Sabbaqın Suriyada vəziyyətin pisləşməsi ilə bağlı Bağdadda keçirilmiş üçtərəfli görüşdən sonra yaydıqları birgə bəyanatda deyilir.