Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) verdiyi məlumata görə, İranın yeraltı Fordo obyektində zənginləşdirilmiş uranın istehsalını 60 faizə çatdırmaq üçün nüvə proqramını genişləndirmək istiqamətində atdığı son addımları pisləyirik.

Bu barədə Fransa, Almaniya və Böyük Britaniyanın yaydığı birgə bəyanatda deyilir.

“İranın istifadədə olan sentrifuqalarının sayının artması, əlavə zənginləşdirmə infrastrukturunun yaradılması üçün hazırlıqlara başlaması və beləliklə zənginləşdirmə imkanlarını daha da artırması barəsində məlumatı öyrənmək bizi son dərəcə narahat edir.

İstinadlar Report