Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:

Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.