Sumqayıtda 3 azyaşlı anasının sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb.

“Qafqazinfo” xəbər veri ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk hesabında paylaşım edib. Bildirilib ki, uşaqların anası sevgilisi ilə birlikdə narkotik aludəçisinə çevrilib: “Uşaqları təhlükəsizlik baxımından xala ilə baba sığınacağa yerləşdirib. Narkotik aludəçisi cinayətini örtbasdır etmək üçün nələrə əl atmaz ki… 1 ildir ki,  uşaqlar təhsildən yayınıblar”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Sumqayır Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılıb: “Azyaşlılara yetirilən xəsarət dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Uşaqlara xəsarət yetirməkdə şübhəli bilinən T.Mehdiyevin saxlanılması istiqamətində tədbirlər aparılır. İstintaqın gedişindən asılı olaraq əmələ obyektiv hüquqi qiymət veriləcək”.

Amin Nəzərli





İstinadlar Qafqazinfo