“Twitter” sosial şəbəkəsi ödəniş müqabilində abunəçilərin eksklüziv məzmundan istifadəsinə imkan verən “Super Follow” funksiyasını təqdim etməyi planlaşdırır. Bu haqda “CNBC” telekanalı məlumat verib.

Sözügedən funksiya digər istifadəçilər üçün əlçatmaz olan mesajları oxumağa, xəbərlərə abunə olmağa imkan verir. Ödəniş mexanizmi hələ ki məlum deyil.

Daha bir yenilik qruplar yaratmaq imkanı olacaq.

Həmçinin “Super Follow” funksiyasının istifadəyə verilmə müddəti açıqlanmayıb.

Emil Hüseynov

İstinadlar ict news