“Twitter” ABŞ prezidentliyinə namizəd olan Nyu-Yorkun sabiq meri Maykl Blumberqə dəstək məqsədli postlar dərc edən 70 səhifənin fəaliyyətini dayandırmağa başlayıb.

Icbari tədbirlər şirkətin platforma manipulyasiyası və spamla bağlı qaydalarının pozulması səbəbi ilə görülüb. Bəzi hesablar qeyri-müəyyən müddətə dayandırılacaq.

Sosial şəbəkələrdə təbliğ işləri üçün M.Blumberqin qərargahı “Facebook”, “Twitter” və “Instagram”da milyarderə dəstək məlumatları yaymaq üçün yüzlərlə müvəqqəti işçi cəlb edib.

M.Blumberq prezidentlik yarışına digər əsas namizədlərdən daha gec daxil olsa da, o, qeyri-məhdud maliyyə mənbələrinə malikdir. Digər namizədlərdən fərqli olaraq, o, 50 milyard ABŞ dollarından çox olan sərvətindən vəsait xərcləyir.

İstinadlar Report