Dünyanın ən məhşur və çox saylı izleyicisinə malik olan Tvitterin 10 yaşı tamam oldu

2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılan Tvitter qısa müddətdə sürətlə məşhurlaşıb. Twitterin 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olub.

Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on sayt siyahısına daxil olmuş və “İnternetin SMS-i” kimi tanınmışdır. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də, göndərilmiş tvitləri oxuya bilir

Twitter San Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San Antonio şəhərlərində də vardır.