“Twitter” mikrobloqlar xidməti fərdi kompüterlər üçün yeni dizaynını təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.

Xidmətin tərtibatçıları hələ 2018-ci ildə yeni dizaynı sınaqdan keçirməyə başlayıblar, indi isə istifadəçilər dizaynın köhnə versiyasına keçmək imkanından məhrum ediliblər. Məlumata görə, mobil proqram vasitəsilə xidmətdən istifadə edən istifadəçilər fərqi ayırd etməyəcəklər, çünki cihazlar üçün versiyadakı bir çox funksiyalara masaüstü variant əlavə edilib. Lakin artıq dərc edilmiş tvitlərin redaktə edilməsi imkanının olmaması təəssüf hissi doğurur.

Tərtibatçıların sözlərinə görə, dizaynın yenilənməsi sosial şəbəkənin naviqasiyasını asanlaşdırıb və onu daha fərdiləşdirilmiş edib. Bundan başqa, ən çox istifadə edilən funksiyalara giriş asanlaşdırılıb. Həmçinin hesablar arasında keçid funksiyası asanlaşdırılıb, “gecə rejimi” və bir neçə başqa rəng həlli əlavə edilib.

Emil Hüseynov

İstinadlar ict news