
Tviterdə altyazıların aktivləşdirilməsi və videoların endirilməsi kimi funksiyaların tezliklə istifadəçilərə təqdim edilməsi planlaşdırılır.
Bu haqda tviterin məhsul dizayneri Andrea Konvey açıqlama verib.
Dəyişiklikdən sonra alt yazıları aktivləşdirmək, videonu yükləmək, paylaşmaq kimi seçimlər olacaq.
Bu yeniliyin bütün istifadəçilərə, yoxsa yalnız “mavi tık” sahiblərinə açıq olacağı hələlik açıqlanmayıb.