Türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi Bağdad Amireyi, TÜRSOYUN baş katibi Dusen Kasainov, Türk mədəniyyəti irsi fondunun rəhbəri Günay Əfəndiyeva bu gün Ağdam şəhərinə səfərləri çərçivəsində Ağdam şəhər məscidində olublar.

Onlar erməni terroru nəticəsində məscidə vurulan ziyan və bir hissəsinin sökülməsi iİlə tanış olublar.

Daha sonra Ağdam şəhər küçələrində gəzinti olub.Onlar şəhərin xarabalıqlarına baxıblar. Gəzinti zamanı Ağdam çörək muzeyi və Pənah xanın dağıdılmış İmarəti ilə tanış olublar.

İstinadlar Report