“Ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi zəfər Azərbaycan torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyaraq, regionda yeni geosiyasi reallıq yaradıb”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün TÜRKPA-nın Qazaxıstanın Türkürstan şəhərində keçirilən 10-cu plenar iclasında Zəngəzur dəhlizinin inşasının strateji əhəmiyyətindən danışarkən deyib.