Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.
Bu barədə Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktubda Teodoros Rusopulosu AŞPA sədri seçilməsi münasibətilə təbrik edən TÜRKPA-nın Baş katibi ona bu vəzifədəki fəaliyyətində uğurlar arzulayıb.
Məktubda deyilir ki, xüsusən parlament diplomatiyasının və dialoqunun bu gün daha böyük əhəmiyyət qazandığı bir dövrdə parlamentlərarası təşkilatlar ölkələr və xalqlar arasında körpülər qurmağa kömək edən vacib platforma rolunu oynayırlar. Türk əməkdaşlığının parlament ölçüsü olaraq, dünyanın hər yerindən olan parlamentarilər arasında konstruktiv və həqiqi dialoqun yüksək qiymətləndirildiyi məktubda AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qətnamənin qəbul edilməsi ilə bağlı narahatlıq ifadə olunur.
Bildirilir ki, TÜRKPA bu qətnamənin qəbul edilməsindən dərin təəssüf hissi keçirir:
“TÜRKPA-nın qurucu üzvlərindən biri kimi Azərbaycanın Milli Məclisi türk dünyasında və onun hüdudlarından kənarda dialoq və əməkdaşlıq prinsiplərinin təşviqində mühüm rol oynayır. Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyi və onun nailiyyətləri, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılm Azərbaycan mədəni müxtəlifliyin qorunmasında, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun təşviqində əhəmiyyətli rol oynayır”.