Türkmənistan və İranın liman və dənizçilik qurumlarının nümayəndələri onlayn danışıqlar zamanı Xəzər dənizində nəqliyyat üzrə qarşılıqlı əlaqələrin aspektlərini müzakirə ediblər.

“Türkmənistan Dəniz və Çay Yolları (Türkmendeňizderýaýollary) agentliyinin sədr müavini Anna Durdıyev və İran Islam Respublikasının Limanlar və Dənizçilik Təşkilatının tranzit, logistika və sazişlər üzrə baş direktoru Xosrov Sarayi Xəzər dənizində daşınmaların artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Xüsusilə, Türkmənistanın Türkmənbaşı beynəlxalq dəniz limanı ilə İranın Əmirabad, Novşəhr və Ənzəli limanları arasında nəqliyyat əməkdaşlığının genişləndirilməsi imkanları nəzərdən keçirilib.

İstinadlar Report