
Türkmənistan Türkiyənin “Botaş” şirkəti ilə svop sxemi üzrə İran üzərindən təbii qazın tranzitini razılaşdırıb.
Bu barədə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı bildirib.
Q.Berdıməhəmmədov söhbət zamanı elektroenergetika sahəsində qarşılıqlı əlaqələrin artırılması məqsədilə Türkmənistan Marı İES-dən İran sərhədinə qədər Marı-Məşhəd elektrik xəttinin çəkilməsini təklif edib. Onun sözlərinə görə, artıq lazımi danışıqlar aparılıb və müvafiq sənəd imzalanıb; layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.